Türkiyədə İlkər Başbuğun həbsinə etirazlar davam edir
08 Yanvar 2012 Bazar 09:30
Bursa şəhərində bir qrup insan əllərində Türkiyə bayraqları və Atatürkün şəkilləri ilə generalın həbsinə etiraz ediblər.
Türkiyə ordusunun sabiq qərargah rəisi İlkər Başbuğun həbsi ölkənin bir çox yerlərində etirazlara səbəb olub. Bursa şəhərində yağışlı havaya baxmayaraq bir qrup insan əllərində Türk bayraqları və Atatürkün şəkilləri ilə Başbuğun həbsinə etiraz ediblər.

Etirazçıların əksəriyyəti Cümhuriyyət Xalq Partiyası, Demokrat Solçular Partiyası və İşçi Partiyasının üzvləri olub. Etirazçılar "Ordu və millət əl-ələ versin, Türkiyə müstəqilliyini qorusun", "Komandir həbsdədir, terror təşkilatı isə kazarmada" şuarları səsləndiriblər.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ bu ilin yanvar ayının 5-də həbs edilib. ANS PRESS-in “Euronews”a istinadən verdiyi məlumata görə o, ifadə vermək üçün dəvət edilən general məhkəmə zalından birbaşa həbsxanaya göndərilib. İlkər Başbuğ silahlı terror dəstələri yaratmaq və hakimiyyəti zorla devirmək cəhdlərində, eləcə də, hakim Ədalət və İnkişaf Partiyasını hörmətdən salmağa yönələn hərəkətlərdə şübhəli bilinir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar