Türkiyədə ildırım məscidin minarəsini uçurub
27 May 2009 Çərşənbə 05:20
Hadisə nəticəsində heç kim xəsarət almasa da məscidə maddi ziyan dəyib

Türkiyədə ildırım düşməsi nəticəsində bir məscidin minarəsinin bir hissəsi uçub. ANS PRESS, “İhlas” agentliyinə istinadən xəbər verir ki, Ərzurum vilayətinin Çat rayonunda dünən yerli vaxtla saat 21.00-də (Bakı vaxtilə saat 23.00) baş vermiş hadisə nəticəsində 4 nəfər ölüm təhlükəsinə məruz qalıb. Lakin hadisə nəticəsində heç kimin xəsarət almayıb. Məscidə isə maddi ziyan dəydiyi bildirilir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar