Türkiyədə iki millət vəkilinin səlahiyyətlərinə xitam verildi
31 Dekabr 2009 Cümə Axşamı 10:55
PKK terror təşkilatının siyasi cinahının təmsilçiləri barəsində beş illik qadağa bu gündən qüvvəyə minir
Türkiyə Konstitusiya Məhkəməsinin PKK-nın siyasi cinahı olan Demokratik Toplum Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı qərarı rəsmi qəzetdə yayımlanıb. Beləliklə, bu gündən etibarət partiyanı parlamentdə təmsil edən Əhməd Türk və Aysel Tujlukun millət vəkili səlahiyyətləri bitmiş hesab edilir.

Məhkəmənin qərarına görə, bəyanat və fəaliyyətləri ilə partiyanın qapradılmasına səbəb olan Əhməd Türk və Aysel Tuğluk da daxil olmaqda 37 nəfər bu gündən etibarən 5 il müddətinə partiya yaradıcısı, üzvü ola bilməzlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar