Türkiyede herbi hissede partlayış olub
03 Oktyabr 2013 Cümə Axşamı 23:33
Terrorçular herbi qarnizona hücum edib.
Türkiyədə hərbi hissələrdən birinə qarşı terror hadisəsi törədilib. Yerli mətbuatın xəbərinə görə hadisə Şırnak vilayətinin Cizrə rayonundakı hərbi qarnizonda baş verib. Məlumata görə, naməlum şəxslər qarnizon idarəsinə kustar üsulla hazırlanmış partladıcı maddə və molotof kokteyli atıblar. Hadisə nəticəsində qarnizon binasında partlayış və yanğın baş verib. Hadisəni törədən şəxslər isə qaçaraq uzaqlaşıblar.

Hadisə yerinə polis və hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar