Türkiyədə həbsxanada qiyam olub
17 İyun 2012 Bazar 03:00
Qiyama həbsdə olan millət vəkili başçılıq edib.
Türkiyənin Şanlıurfa vilayətində yerləşən həbsxanada qiyam olub. ANS PRESS-in NTV telekanalına istinadən verdiyi məlumata hadisələr PKK terror təşkilatının siyasi qanadı olan Barış və Demokratiya Partiyasından olan millət vəkili İbrahim Ayhanın saxlanıldığı kameradan başlayıb.
Ən son məlumatlara görə, İbrahim Ayhanın da aralarında olduğu 18 məhkum saat 23.00-da (Bakı vaxtı ilə saat 01.00) kamerada yanğın törədib. İnsident nəticəsində 13 məhkum dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.
Qiyamın həbsxanada məhkumların saxlanma şəraitinin pis olması üzündən başlandığı bildirilir.
DOSTLARINLA PAYLAŞ: