Türkiyədə hansı azərbaycanlı aktyoru tanıyırlar ki, gəlib yoxlasınlar...
“İki gündən sonra Yaşarın analizlərinin nəticəsi məlum olacaq və yalnız bundan sonra nə isə demək mümkündür. Mən çox şeylər bilsəm də, açıqlaya bilmərəm”.
Bu sözləri
APA-ya İstanbulun Memorial Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib. O bildirib ki, Yaşar Nurinin vəziyyətində heç bir dəyişiklik yoxdur, onun vəziyyəti sabit-ağır olaraq qalır.
R. Nuriyeva Türkiyədə Yaşar Nurinin səhhəti ilə maraqlanan olmadığını da söyləyib: “Türkiyədə hansı azərbaycanlı aktyoru tanıyırlar ki gəlib yoxlasınlar...”