Türkiyədə hakim partiyanın üzvləri gülləbaran edildi
29 İyun 2011 Çərşənbə 04:59
Hücum nəticəsində partiyanın idarəçilərindən olan Əli Yüksəl və Murad Tunc yaralanıb.
Türiyədə hakim Ədalət və İnkişaf partiyasının (AKP) üzvü olan iki nəfər silahlı hücuma məruz qalıb. Hadisə Kocaeli vilayətinin Çayırova rayonu, partiyanın rayon təşkilatı binasının qarşısında baş verib. Baş vermiş hücum nəticəsində partiyanın idarəçilərindən olan Əli Yüksəl və Murad Tunc yaralanıb. Qeyd edək ki, Yüksəl və Tunca cəmi 6 güllə dəyib. Xəstəxanaya çatdırılan AKP-lilərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar