Türkiyədə güclü zəlzələ olub
06 Avqust 2012 Bazar Ertəsi 12:16
5,3 bal gücündə hiss edilən zəlzələ insanları təşvişə salıb.
Türkiyənin Şırnak vilayətinin Ortabağ Köyü rayonunda 5,3 bal gücündə zəlzələ olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zəlzələ vilayət və rayonlarda, xüsusilə də Uludərə və Beytüşşebap rayonlarında əhalinin təşvişə düşməsinə səbəb olub.
Zəlzələ Uludere ilə yanaşı, mərkəzi Şırnak, Beytüşşebap, Silopi rayonları ilə Siirt, Hakkari və bəzi rayonlarda da hiss edilib.
Hazırda zəlzələnin hər hansı ziyan vurub-vurmadığı araşdırılır.
DOSTLARINLA PAYLAŞ: