Türkiyədə gəmi batıb
01 Fevral 2012 Çərşənbə 02:07
Heyət üzvlərindən 2 nəfər qurtulsa da, 10 itkin düşüb.
Rusiyadan Türkiyəyə yük aparan gəmi Qara dənizdə fırtına səbəbilə batıb. ANS PRESS “Cihan” agentliyinə istinadən xəbər verir ki, gəminin 12 nəfərlik heyətindən 2 nəfəri öz imkanları ilə sahilə çıxıb, 10 nəfər isə itkin düşmüş hesab olunur. Məlumata görə, Kamboca bayrağı altında üzən, ekipaj üzvləri polşalı olan “Vera” adlı gəmi Rusiyadan Türkiyənin İzmir vilayəti “Aliağa” limanına tullantı metal aparırmış.
Qeyd edək ki, hadisə ötən axşam Türkiyə Zonquldaq vilayəti Ereğli rayonunun sahilinə 1 millik məsafədə baş verib. Məlumata görə, yerli vaxtla saat 19.45-də gəmidən təcili dəstək üçün Ereğli limanına siqnal göndərilib. Xilasedicilər hadisə yerinə çatdıqlarında isə 2 nəfərin üzərək sahilə çıxamağa çalışdığını görüblər.
Ereğli polis şöbəsinin rəisi gəminin tamamilə batdığını qeyd edib. Rayon administrasiyasının rəhbəri isə digər ekipaj üzvlərinin də üzərək sahilə çıxma ehtimalını nəzərə alaraq sahildə axtarışların davam etdiyini deyib.
Xəstəxanaya çatdırılan 2 dənizçinin vəziyyəti isə qənaətbəxşdir.
DOSTLARINLA PAYLAŞ: