Türkiyədə fabrikin divarı uçdu: 4 yaralı
13 İyun 2010 Bazar 03:05
Hadisəyə yağış nəticəsində baş verən torpaq sürüşməsi səbəb olub.
Türkiyənin Dənizli şəhərində qəfil yağan yağış daşqınlara səbəb olub. Yağıntılar tekstil fabrikinin istinad divarının uçmasına səbəb olub.

Divarın torpaq sürüşməsi nəticəsində uçduğu bildirilir. Fabrikin yeməkxanasında yemək yeyən dörd nəfər uçan divarın qalıqları altında qalıb. Hadisə yerinə cəlb olunan xilasedicilər işçiləri dağıntılar altından çıxarıblar. Onlar yaxınlıqdakı özəl xəstəxanaya çatdırılıblar.

Sərvərqazi məhəlləsində isə Məsud Qaragböz adlı sakinə məxsus ikimərtəbəli evə ildırım düşüb. Evin bacası uçsa da, mənzildə heç kim olmadığından itki olmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar