Türkiyede etirazlar davam edir
01 İyul 2013 Bazar Ertəsi 13:34
Türkiyede etirazlar davam edir. Mersinde qarşıdurma zamanı 17 nefer xesaret alıb.
Türkiyədə Gəzi parkına dəstək etirazları davam edir. Bu gecə ölkənin ən iri şəhərlərindən biri olan Mersin şəhərində sakinlər küçələrə axışıb. Polisin “Dağılışın” çağırışına məhəl qoymayan etirazçılarla toqquşma olub. Qarşıdurma zamanı 17 nəfərin yaralandığı bildirilir.
Etirazçılar hökumətə qarşı şüarlar səsləndirərək Hakim Partiya qərargahına doğru yürüş etməyə cəhd göstəriblər.
Təhlükəsizlik qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, yürüşün davam etdirilməsi sonda polislə qarşıdurmalara səbəb olub. Polis təzyiqli su şırnaqları ilə etirazçıları dağıtmağa çalışıb. Etirazçılar isə daş, şüşə qablarla polislərə cavab veriblər. Polisin etirazçılara qarşı qurduğu sədlər yandırılıb. Qarşıdurmalarda çoxlu sayda ev və mağazanın şüşələri sındırılıb. Polisdən qaçaraq ticarət mərkəzinin içində gizlənmək istəyən etirazçılar isə satış obyektlərinə ziyan vurublar. Rəsmilərin məlumatına görə, qarşıdurmalar zamanı azı 17 nəfər xəsarət alıb. Onlardan 2-sinin jurnalist olduğu bildirilir. Polis isə 10 nəfəri həbs edib.
Türkiyənin Diyarbəkir şəhərində hökumətə qarşı çıxan müxalifət tərəfdarları icazəsiz etiraz aksiyası keçiriblər. Mərkəzi küçə və meydanında toplaşan fəallar ”Hökumət addım at” şüarı ilə çıxış ediblər.
Müxalif “Sülh və Demokratiya partiyası” nın təşkil etdiyi aksiyaya 5 minə yaxın insan qatılıb. Partiya qərargahına doğru yürüş etmək istəyən numayişçilər təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qarşılaşıblar. Polisin xəbərdarlığına baxmayaraq, etirazçı kütlə dağılmaq istəməyib. Nəticədə tərəflər arasında toqquşmalar baş verib. Polis yolu bağlayaraq, zorakılıq törədən şəxsləri səs bombası və təzyiqli su şırnağı ilə dağıtmağa çalışıb. Etirazçılar isə, polisə daş və kəsici maddələrlə müqavimət göstəriblər. Yerli mediyanın məlumatına görə, qarşıdurmalarda 1 nəfər xəsarət alıb, 10 nəfər həbs edilib. Ətrafda olan yaşayış məntəqəlri və mağazalara isə ziyan dəyib.
DOSTLARINLA PAYLAŞ: