Türkiyede etirazlar davam edir
06 İyun 2013 Cümə Axşamı 05:04
Paytaxt Ankarada aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb.
Türkiyənin paytaxtı Ankarada güclü leysan olmasına baxmayaraq bu gün də aksiyalar davam edib. Kızılay meydanı və Atatürk bulvarına toplaşan aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Polisin xəbərdarlığına baxmayaraq meydanı tərk etməyən etirazçılara qarşı bibər qazı və su şırnağından istifadə olunub.
Meydandan çıxarılan aksiya iştirakçıları ilə polislər arasında qarşıdurma ara küçlərdə də davam edib. Polis 9 nəfər aksiya iştirakçısını saxlayıb. Amma yağışın güclənməsi etirazçıları dağılışmağa məcbur edib.
Müdaxilədən əvvəl isə aksiyaya iştirakçıları ilə polis arasında maraqlı bir səhnə müşahidə olunub. Bəzi aksiya iştriakçıları Merac qəndili münasiətilə polislərə smit paylayıb. Polislər isə öz yeməklərini aksiya iştirakçılarına paylayıb.
DOSTLARINLA PAYLAŞ: