Türkiyədə ermənistanla barışıq istəyənlər çoxdur
22 Noyabr 2009 Bazar 18:55
Türkiyə prezidenti ölkəsində demokratiya səviyyəsinin yüksəldiyini düşünür
Türkiyə prezidenti Abdulla Gül olduqca maraqlı bəyanatla çıxış edib. Əcnəbi qəzetlərdən birinə açıqlama verən Gül artıq türk siyasətində kürd və erməni məsələsi kimi "tabu"ların qalmadığını bildirib. Bununla da o, Türkiyədə demokratiya səviyyəsinin yüksəldiyini vurğulayıb.

Gül həmçinin Ermənistanla münasibətlərin nizamlanması yolunda çalışdıqlarını bildirib. O qeyd edib ki, Türkiyədə bu kimi məsələlərin həllini istəyənlər istəməyənlərdən daha çoxdur.

"Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq və qarşı tərəfdən də eyni addımı gözləyirik", - deyə o vurğulayıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar