Türkiyədə erməni vəhşiliyinin növbəti izi
20 Oktyabr 2010 Çərşənbə 04:45
Osmanlı dövründə ermənilərin kompakt yaşadığı Van vilayətindən türklərə aid növbəti kütləvi məzarlıq tapılıb.
Türkiyə Van vilayətinin Gevaş rayonuna bağlı Yanıkçay kəndində kütləvi məzarlıq tapılıb. ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, tarixçilər 25 nəfərə aid qalıntıların tapıldığı kütləvi məzarlığın 1915-ci ildə erməni quldur dəstələri tərəfindən qətlə yetirilən türklər olduğunu güman edir. Qazıntını Van muzeyi, Ərzurum “Atatürk” universitetinin Arxeoloji bölümü və “Yüzüncü İl” universiteti Antropologiya bölümünün əməkdaşları aparıb. 20 nəfərlik heyət tərəfindən həyata keçirilən qazıntı vaxtı aşkarlanan 25 nəfər arasında qadın və uşaqların da olduğu bildirilir. Qeyd edək ki, aşkarlanan kütləvi məzarlığın yerini kəndin yaşlı sakinləri göstərib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: