Türkiyədə erməni kanalı açılacaq?
13 Noyabr 2009 Cümə 19:35
Türkiyədə “Radio və televiziya haqqında” qanuna edilən dəyişikliklər ermənilər üçün yeni imkanlar yaradır
Türkiyə ilə Ermənistan arasındakı "buzlar" əriməkdə davam edir. Türkiyədə “Radio və televiziya haqqında” qanuna edilən dəyişikliklər ermənilər üçün yeni imkanlar yaradır. Yeni qanuna əsasən ölkənin televiziya məkanında türk dili ilə yanaşı digər dillərə yer veriləcək.
Artıq əcnəbi dildə kanalın açılması üçün Türkiyə Televiziya və Radio Təşkilatının xüsusi lisenziyasına ehtiyac qalmır. Qeyd edək ki, müvafiq qərar təşkilat tərəfindən bir həftə bundan öncə qəbul olunub. Bu gün isə həmin qərar rəsmən qüvvəyə minib.
Qeyd edək ki, əvvəlki qanun layihəsinə görə, efirdə yayımlanan verilişlər ancaq türk dilində olmalı idi. Əcnəbi dildə olan verilişlərə isə ancaq 45 dəqiqə vaxt ayrılırdı. anspress
DOSTLARINLA PAYLAŞ: