Türkiyədə “donuz qripi” virusu aşkarlanıb
16 May 2009 Şənbə 11:45
ABŞ-dan İstanbula gələn bir turistdə “donuz qripi” virusu aşkarlanıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, ABŞ-dan İraqa getmək üçün Atatürk Hava Limanından Türkiyəyə daxil olan bir nəfərdə “donuz qripi” aşkarlanıb.
Hava Limanında quraşdırılmış termal kamera bir sərnişində yüksək hərarət qeydə alıb. Adı açıqlanmayan sərnişin müayinəyə cəlb edilib və onda “donuz qripi” virusu (A/H1N1) aşkarlanıb.
Türkiyədə hadisə ilə bağlı ciddi tədbirlə görülməyə başlanılıb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar