Türkiyədə "donuz qripi" şübhəsi
17 İyun 2009 Çərşənbə 06:05
Almaniyadan gələn bir ailənin azyaşlı qızında H1N1 (donuz qripi) virusunun olub-olmaması isə bu gün laborator müayinələrdən sonra bilinəcək

Türkiyədə Almaniyadan gələn bir ailənin qızı hava limanında "donuz qripi" şübhəsi ilə həkim nəzarətinə götürülüb. ANS PRESS, “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, 7 yaşlı qız hava limanılndakı xüsusi termal kameradan keçərkən onun bədən hərarətinin normadan yüksək olduğu müəyyənləşib. Ankara Esenboğa hava limanının işçiləri tərəfindən saxlanılan qız dərhal xəstəxanaya çatdırılıb. Xəstənin bədənindən götürülən nümunələr laboratoriyaya göndərilib və hazırda xəstə təcili yardım xidmətində xüsusi otaqda saxlanılır. Xəstədə H1N1 virusunun olub-olmaması isə bu gün laborator müayinələrin nəticələri əsasında müəyyən ediləcək. /ANS PRESS/  



DOSTLARINLA PAYLAŞ:

oyunlar