Türkiyədə donuz qripi aşkarlanıb
16 May 2009 Şənbə 11:10
Xəstəlik ABŞ-dan İraqa getmək istəyən turistdə aşkarlanıb

Türkiyədə "A H1N1" virusu (donuz qripi) aşkarlanıb. Xəstəlik ABŞ-dan İraqa getmək üçün Atatürk hava limanından istifadə edən əcnəbi turistdə tapılıb. CNN Türk-ün məlumatına görə, Türkiyə Səhiyyə Nazirliyi fakt ilə bağlı rəsmi açıqlama yayıb. Xəstəlik daşıyıcısını hava limanında quraşdırılmış termal kamera vasitəsi ilə müəyyənləşdirmək mümkün olub.
Türkiyə Səhiyyə Nazirliyi xəstliklə bağlı bu gün Atatürk hava limanında mətbuat konfrası keçirəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar