Türkiyədə daha bir zəlzələ
15 İyun 2012 Cümə 02:06
Bitlisdəki yeraltı təkanlar təlaşa səbəb olub.
Türkiyədə daha bir zəlzələ baş verib. ANS PRESS-in “İhlas” agentliyinə istindən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla ötən gün 22.17-də (Bakı vaxtı ilə bu gün 00.17-də) Bitlis vilayətinin Hizan qəsəbəsində qeydə alınıb. 4,2 bal gücündə zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb. Yeraltı təkanlar Bitlis şəhərində və qonşu qəsəbələrdə də hiss olunub.
Zəlzələ zamanı yerli əhali arasında qısamüddətli təşviş yaranıb.
DOSTLARINLA PAYLAŞ: