Türkiyede daha 5 yüksek çinli memur işden çıxarıldı
18 Yanvar 2014 Şənbə 02:30
Telekommunikasiya ve Rabite Müdirliyinde 5 departamentin direktoru tutduqları vezifeden uzaqlaşdırılıblar.
Türkiye Telekommunikasiya ve Rabite Müdirliyinde (TİB - Telekommunikasiya ve İletişim Başkanlığı) bütün departamentlerin rehberleri işden çıxarılıb. ANS PRESS yerli “Hürriyet” qezetine istinaden xeber verir ki, TİB Hüquq departamentinin, Texniki departamentin, İnformasiya Sistemleri departamentinin, İnzibati idarenin ve İnternet departamentinin direktorları tutduqları vezifeden uzaqlaşdırılıblar.
Türkiyede keçirilen 17 dekabr rüşvet ve korrupsiya emeliyyatlarından sonra hökumetin apardığı ilk bürokratik islahat TİB-e yeni sedr teyin etmek olmuşdu. Bu vezifeye Milli İstixbarat Teşkilatının (MİT) emekdaşı ehmed Cemaleddin Çelik teyin olunmuşdu.
Leqal telefon dinlemelerinin merkezi olan TİB Türkiye üçün çox ehemiyyetli qurumdur.
DOSTLARINLA PAYLAŞ: