Türkiyədə daha 4 general ifadə verəcək
16 Fevral 2012 Cümə Axşamı 06:03
Generallar “Balyoz” istintaqı çərçivəsində şahid qismində dindiriləcək.
Türkiyədə bəzi yüksək rütbəli hərbçilərin dövlət çevrilişi iddiası ilə mühakimə olunduğu “Balyoz” (Çəkic) istintaqı çərçivəsində daha 3 general ifadə verəcək. Türkiyə mətbuatının yaydığı məlumata görə, prosesin davam etdiyi İstanbul 10 saylı ağır cinayətlərə dair məhkəməsi daxili qoşunların konamdiri General Bekir Kalyonçunun, sabiq baş qərargah rəisləri general Yaşar Büyükanıt və general İlker Başbuğun, general-leytenant Köksal Karabayın şahid qismində dindirlməsinə qərar verib. Qeyd edək ki, növbəti məhkəmə prosesi 27 fevral 2012-ci il tarixdə keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: