Türkiyədə çörək mafiyası işbaşında
16 İyun 2010 Çərşənbə 03:20
Ucuz çörək satan market və dükkanları hədələyən 14 nəfərlik qrup polis tərəfindən saxlanılıb.
Türkiyədə ucuz qiymətə çörək satan bəzi market və dükkanları hədələyən 14 nəfərlik qrup polis tərəfindən saxlanılıb. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, yaxaslananlar arasında İstanbul “Çörəkçilər” palatasının sədri Fahri Özer də olub. Polis rəsmilərinin verdiyi məlumata görə, saxlanılanlar çörəyin çəkisinə müdaxilə edir, market və dükkanlara təzyiq göstərir və onları hədələyir, habelə satış müəssisələrinə ziyan vururmuş.
Hazırda saxlanılanların istintaqı davam edir.
Təzyiqə məruz qalan market və dükkan sahibləri isə ifadə vermək üçün polis idarəsinə çağırılıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: