Trabzonda meydana gələn partlayışda 9 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Trabzon valisi Nuri Okutan partlayışın ərazidəki pivə kafelərindən birinə yerləşdirilmiş bombanın partlamsı nəticəsində baş verdiyini deyib . Lakin Vali Okutan hadisənin terrorla əlaqəsi ehtimalının az olduğunu deyərək partlayışla bağlı tədqiqatın getdiyini bildirib./ANS PRESS/