Türkiyədə bir gündə 6 zəlzələ
02 Mart 2010 Çərşənbə Axşamı 12:35
Türkiyədə bir gündə 6 zəlzələ. Əhali gecəni küçələrdə keçirib.
Türkiyədə zəlzələ baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, yeraltı təkanlar ölkənin Kütahya vilayətinin Simav bölgəsində baş verib.
Məlumata görə, ilk zəlzələ martın 2-si gecə saat 02:30 radələrində baş verib və daha sonra bir-birinin ardınca 5 yeraltı təkan qeydə alınıb. Zəlzələlərin gücü rixter şkalası üzrə 2.9 -4.4 bal arasında olub.

İlkin məlumatta görə, təbii fəlakət nəticəsində tələfat və dağıntı olmasa da, adıçəkilən ərazidə bir neçə saat rabitə və internet olmayıb. Təşvişə düşən əhali isə gecəni küçələrdə keçirməyə məcbur olub.

Simav bələdiyyə başçısı hadisə baş verən gecə məhəllələri gəzərək vəziyyətlə tanış olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar