Türkiyədə bələdiyyə sədrini və komandiri döyüblər
06 Aprel 2010 Çərşənbə Axşamı 01:05
Xəstəxanaya çatdırılan komandirin kəllə sümüyünün, bələdiyyə sədrinin isə qolunun sındığı müəyyənləşib.
Türkiyə Niğdə vilayəti Çiftlik rayonunun jandarma komandiri leytnant Hilmi Set və Kitreli qəsəbəsi bələdiyyə sədri Abdullah Şənəl naməlum şəxslər tərəfindən döyülüb. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, hadisə rayondakı yeməkxanalardan birində komandirlə bələdiyyə sədri yemək yediyi vaxt baş verib. Mübahisə zəminində baş vermiş davada hər iki dövlət rəsmisi ağır zərbələrə məruz qalıb.
Xəstəxanaya çatdırılan komandirin kəllə sümüyünün, bələdiyyə sədrinin isə qolunun sındığı müəyyənləşib.
Polis rəsmiləri insidentlə əlaqəsi olan 12 nəfərin saxlanıldığını deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: