Türkiyədə baş vermiş insidentdə 2 hərbçi, 10 terrorçu öldürülüb
14 Fevral 2012 Çərşənbə Axşamı 01:36
Təhlükəsizlik qüvvələri hərbi aviasiya qüvvələrinin dəstəyi ilə bölgədə hərbi əməliyyat keçirib.
Türkiyə Şırnak vilayətinin Uludərə rayonunda təhlükəsizlik qüvvələrinin PKK terrorçularına qarşı keçirdiyi əməliyyatda 2 hərbçi şəhid olub, 3 nəfəri yaralanıb, 10 terrorçu isə məhv edilib. Məlumata görə, təhlükəsizlik qüvvələri Uludərənin İraqla sərhəddində bir qrup PKK-çının terror hadisəsi törətməyə hazırlaşdığı barədə məlumat əldə edərək hərbi aviasiya qüvvələrinin dəstəyi ilə bölgədə hərbi əməliyyat keçirib.
Bundan başqa Diyarbəkirdə də terrorçularla təhlükəsizlik qüvvələri arasında baş vermiş insidentdə 1 PKK terrorçusu öldürülüb. Terrorçular Diyarbəkir – Mardin maqistral yolunda idarə etdikləri avtomobili qoyaraq qaçıblar. Hərbçilər avtomobildən 150 kq partlayıcı maddə taparaq götürüblər.
Qeyd edək ki, bölqədə hərbi əməliyyatların davam etdiyi bildirilir.
DOSTLARINLA PAYLAŞ: