Türkiyədə bank qeyri-adi üsulla soyulub
19 Noyabr 2009 Cümə Axşamı 02:30
Bank binasında gizlənən şəxs nahar vaxtı siyirmələri boşaıdıb
Türkiyənin Mersin vilayətində bir bank şöbəsi qeyri-adi üsulla qarət edilib. ANS PRESS “Milliyet” qəzetinə istinadən xəbər verir ki, nahar fasiləsinə yaxın banka gələn naməlum bir şəxs işçilərin gözündən yayınaraq binanın içində gizlənib. Daha sonra işçilərin nahara getməsini fürsət bilən qarətçi siyirmələrdən 20 min lira (10 842 manat) pulu götürərək çantasına qoyub. Daha sonra təhlükəsizlik əməkdaşına içəridə qaldığını bildirən şəxs qapını açdıraraq hadisə yerindən uzaqlaşıb. Hazırda polis qarətçinin tapılması üçün əməliyyat tədbirlərinə başlayıb.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: