Türkiyədə azərbaycanlı uşaq serialda istismar olunur
10 Mart 2011 Cümə Axşamı 04:46
Soyuq, qarlı havada 4 yaşlı uşağın filmə çəkilməsi aktrisa Asiltürkmeni əsəbləşdirib
Türkiyəli aktrisa Akasya Asiltürkmen özünün də çəkildiyi “Kayıp Aranıyor” serialında uşaq istismarı olduğunu idda edib. Bu barədə məlumatı “Twitter” səhifəsində verən Asiltürkmen çəkilişlərin soyuq havada aparıldığını, 4 yaşlı uşağın “üşüyürəm” sözünü heç kimin vecinə almadığını bildirib: “Mən belə şey görmədim. Gecə saat 02.00-də 4 yaşlı uşağı qarın altında filmə çəkməyə çalışırlar. Uşaq “mən donuram” dedi və mən birtəhər oldum. Uşağı evə göndərməsəniz mən çıxıb gedərəmə - dedim. Bilirsiniz nə oldu? Hamı üstümə çığırdı. Hər halda bu insanlar dəlidir. Qar yağır qar”.

Ötən gün isə Türkiyənin “Bugün” qəzetinə müsahibə verən Akasya Asiltürkmen bu uşağın azərbaycanlı bir atanın övladı olduğunu bildirib. Aktrisa həmçinin bu insanların az miqdarda pul üçün bu addımı atdıqlarını deyib: “Uşağın atası bir azərbaycanlıdır. Onlar 50 lirəyə (təxminən 25 manat) razılaşan adamlardır. Mən o atanı da qınamıram. Uşağın nə qədər qalacağını bilmirdi. Orda səhvi olan rejissor və prodüsserdir. Bu vəziyyətdə böyük insanın belə psixologiyası pozulur”.

Qeyd edək ki, TRT tərəfindən çəkilən “Kayıp Aranıyor” serialı telekanalın yrni layihəsidir və yerli KİV-lərin məlumatına görə, filmin ilk seriyası martın 11-də yayımlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar