Türkiyədə azərbaycanlı general həbsdən buraxılmadı
10 Mart 2014 Bazar Ertəsi 23:14
Əslən Naxçıvandan olan general-mayor erməni jurnalist Hrant Dinkin öldürülməsinə görə günahlandırıldı, “Ergenekon”a görə tutuldu.
Türkiyə Ağır Cəza Məhkəməsinin qərarı ilə “Ergenekon” iddiası ilə həbs edilmiş siyasətçi, İşçi Partiyasının lideri Doğu Perincek azad edilib.

ANS PRESS-in məlumatına görə, bununla yanaşı, məhkəmə təqaüddə olan general, Türkiyə Jandarmasının keçmiş komandiri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) keçmiş həmsədri Vəli Kiçiyin həbsdən azad edilməsi tələbini rədd edib.

Əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan general-mayor Vəli Kiçik 2008-ci ildə tutulub. Erməni əsilli Türkiyə jürnalisti Hrant Dinkin öldürülməsindən sonra onun vəkilləri Vəli Kiçikin Hrant Dinkə zəng edərək onu hədələdiyini iddia etmişdi. Daha sonra bir tədbirdə qətlin iştirakçılarından olan Yasin Hayalla Vəli Kiçiyin yanaşı addımladığı şəkil ortaya çıxdı. Ən sonra prokurorluq general-mayor Vəli Kiçiki “Ergenekon” iddiası ilə həbs etdi.

Qeyd edək ki, məhkəmə bu gün general-mayor Vəli Kçiklə yanaşı pensiyada olan general-mayor Levent Ersözün də buraxılması barədə tələbi rədd edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar