Səhər saatlarında Mersində işçiləri daşıyan avtobus sərnişin qatarı ilə toqquşub.
Türkiyənin Mersin vilayətində dəhşətli qəza baş verib.
ANS PRESS-in Doğan xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səhər saatlarında işçiləri daşıyan avtobus sərnişin qatarı ilə toqquşub.
Qəza nəticəsində 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Hələlik xəsarət alanların sayı dəqiqləşdirilir.
Hadisə yerinə çoxlu sayda təcili yardım, xilasedicilər, polis və yanğınsöndürən cəlb olunub.