Türkiyədə AES-lə bağlı qanun qüvvəyə minib
21 İyul 2010 Çərşənbə 16:35
TBMM Mersin limanı yaxınlığında AES-in inşasına dair sazişi ratifikasiya edib.
Türkiyədə Rusiya mütəxəssisləri ilə birgə layihələşdirilmiş ilk atom elektrik stansiyasının tikintisinə dair qanun layihəsi qüvvəyə minib. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Türkiyə parlamenti Mersin limanı yaxınlığında AES-in tikintisinə dair Rusiya-Türkiyə parlamentlərarası razılaşmanı ratifikasiya edib.

Qeyd edək ki, AES-in tikintisi ilə bağlı razılaşma Rusiya dövlət başçısı Dmitri Medvedevin Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 12-də Ankarada imzalanıb. Türkiyədə ilk AES-nin tikintisi təxminən 20 milyard dollar həcmində dəyərləndirilir. Razılaşmanın şərtlərinə əsasən, başlanğıcda atom elektrik stansiyası Rusiya mənbələri tərəfindən maliyyələşdiriləcək, sonradan isə Türkiyə və eləcə də üçüncü ölkədən buraya sərmayədarların cəlb olunması planlaşdırılır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar