Türkiyədə ABŞ hərbçisi faciəvi şəkildə öldü
28 Mart 2012 Çərşənbə 02:28
Hadisə 20 yaşlı Col Barrounun elektrik lövhəsinə toxunması n əticəsində baş verib
Türkiyə Adana vilayətinin İncirlik rayonundakı ABŞ hərbi bazasının bir hərbçisi faciəvi şəkildə ölüb. Türkiyə mətbuatının yaydığı məlumata görə, hərbi bazanın 6 amerikalı əsgəri ötən gün vilayətin Seyhan rayonundakı Baraj gölündə kanoe ilə gəzintiyə çıxıb. Gəzinti vaxtı yağış yağmağa başlayıb və hərbçilərdən 3 nəfəri sahilə, 3-ü isə göldə süni olaraq yaradılmış “Sevgi” adasına çıxıb. Adaya çıxan 3 əsgər yağışdan qorunmaq üçün adanı elektrik enerjisi ilə təmin edən yarımstansiyanın olduğu otağa girib. Otaqda elektrik lövhəsinə toxunan 20 yaşlı Col Barrou (Jeol Barrow) ağır yaralanıb. Adana Nümunə xəstəxanasına çatdırılan hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırmalara başlayan polis yarımstansiyanın olduğu otağın qapı qıfılının sınmış olduğunu müəyyənləşdirib və içəridə bir neçə ədəd boş energetik içki qutusu aşkarlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar