Türkiyədə 91 saat sonra gələn möcüzə
27 Oktyabr 2011 Cümə Axşamı 13:56
Zəlzələ nəticəsində ölənlərin sayı 523-ə çatıb.
Türkiyənin Van bölgəsində baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 523-ə çatıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar nəticəsində baş verən dağıntılar nəticəsində 1650 nəfərin xəsarət aldığı bildirilir.

Bu arada Vanda aparılan xilasetmə işləri nəticəsində dağıntılar altından 19 yaşlı Muhammed adlı tələbə yaralı olaraq çıxarılıb. Dağıntılar altında 91 saat qalan gənc Ərzurum şəhər xəstəxanasına çatdırılıb.

Türk mətbuatının yaydığı daha bir məlumata görə, bu gün Türkiyədə daha bir güclü zəlzələ baş verib. Hakkari bölgəsində qeydə alınan yeraltı təkanlarının gücü 5,4 bal olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar