Türkiyədə 6 bal gücündə zəlzələ olub
10 İyul 2012 Çərşənbə Axşamı 10:36
Zəlzələnin episentri Aralıq dənizində qeydə alınıb.
Türkiyənin Aralıq dənizi bölgəsində Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ bölgədəki vilayətlərdə də hiss edilib. Zəlzələnin episentri yerin 21,1 kilometr dərinliyində qeydə alınıb. Korkuteli rayonunda yeraltı təkanları hiss edən sakinlər təşviş içində küçələrə çıxıblar. Zəlzələdən sonra bir neçə avtoşok da hiss edilib. Dağıntı və tələfat isə qeydə alınmayıb.
DOSTLARINLA PAYLAŞ: