Türkiyədə 6 azərbaycanlı saxlanılıb
06 İyul 2009 Bazar Ertəsi 16:45
Onlar ölkə ərazisində qeyri-qanuni yaşayıblar
Türkiyədə qeyri-qanuni yaşayan 6 azərbaycanlı saxlanılıb. Hüquq-mühafizə xidmətinin əməkdaşları Qars, Şırnak, Hatay, Antalya, Bursa və Muğla şəhərlərində yoxlamalar aparıblar. Qeyri-qanuni yaşayanlar arasında azərbaycanlılardan başqa 47 Myama, 20 Fələstin, 7 Suriya, 6 İraq, 5 Rusiya, 3 İran, 1 Somali əsilli olmaqla 95 nəfər olub.
Suriya və İrandan Türkiyəyə qeyri-qanuni yollarla gələn 5 türk vətəndaşı da saxlanılıb. Saxlanılan şəxslər barəsində araşdırma başlanılıb. /ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar