Türkiyədə 6,5 milyon ev sökülüb yenidən tikiləcək
09 Fevral 2015 Bazar Ertəsi 12:10
Türkiyədə qəzalı vəziyyətdə olan vəya keyfiyyət standartlarına uyğun gəlməyən 6,5 milyondan çox ev söküləcək.
Türkiyədə keyfiyyət standartlarına uyğun gəlməyən, həmçinin qəzalı vəziyyətdə olan 6,5 milyondan çox ev söküləcək.
ANS PRESS-in Türkiyə mətbuatına istinadla xəbər verir ki, evlərin sökülməsi "Kentsel Dönüşüm" layihəsi çərçivəsində reallaşdırılacaq.
Ətraf Mühit və Şəhərsalma Nazirliyi bildirib ki, evləri söküləcək vətəndaşlara dövlətdən lazımi miqdarda kompensasiya ödəniləcək. Nazirlik vətəndaşların mülkiyyət hüquqlarının pozulmayacağını bildirib.
Evlər 18 ay ərzində dağıdılacaq.
DOSTLARINLA PAYLAŞ: