Türkiyədə 40 min qaçaq erməni var
16 May 2009 Şənbə 10:30
Türkiyənin baş naziri ermənilərin qaçaq yollarla ölkəsinə gəlməsini Ermənistanda səfalət olması ilə izah edib

 

"Türkiyədə 40 min qaçaq erməni var". Bunu Polşa səfəri çərçivəsində  Qdansk Universitetində tələbələrin suallarını cavablandıran Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan  deyib. "CNN Türk"ün məlumatına görə, Baş nazir ermənilərin Türkiyəyə gəlmələrinin səbəbinin Ermənistandakı pis vəziyyətlə əlaqələndirib. "Onlar niyə bizim ölkəmizə gəlirlər? Çünki Ermənistanda səfalət var. Lazım olsa  biz onları deportasiya edərik. Amma belə bir hərəkəti insani cəhətdən doğru hesab etmirik".
Qeyd edək ki, Polşada rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sərhədlərin açılması üçün Ermənistanın işğal olunmuş Qarabağ torpaqlarından çıxmasının şərt olduğunu bir daha  təkrar edib. /ANS PRESS

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar