Türkiyədə 4 min AKP üzvü istefa verdi
29 Mart 2014 Şənbə 12:19
İstefa verən AKP üzvləri Cümhuriyyət Xalq Partiyasına keçib.
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təxminən 4 minə yaxın üzvü istefa verərək Cümhuriyyət Xalq Partiyasına (CHP) keçib.
ANS PRESS-in məlumatına görə, Türkiyədə Bələdiyyə seçkilərinə sayılı saatlar qalmış partiyalarda kütləvi istefalar və dəyişikliklər davam edir. CHP-yə keçən adlar arasındakı AKP Esenyurt Bələdiyyə sədrliyinə namizəd Yunus Qalxan AKP-də ədalət anlayışının partiya adında yalnız bir fiqur olduğunu deyib. O bildirib ki, AKP-nin şovinist yanaşmaları və yalnız bir bölgədən namizədləri təyin etməsi bizim istefa etməyimizdəki ən böyük səbəbdir:
"Bu kütləvi istefaları yalnız 3 min, 4 min olaraq görmək lazım deyil. İstefaların 15-20 min arasında olduğunu və seçimə birbaşa təsir edə biləcəyini çox rahat söyləyə bilərəm. Esenyurtda Gürbüz Çapana edilən haqsızlıq üzücüdür. Biz seçimi bir yarış olaraq görürük. Ancaq bunu bir döyüş olaraq görən yoldaşlar var".
Ankaranın Gölbaşı mahalında isə min nəfər AKP-dən istefa verərək Milliyyətçi Hərəkat Partiyasına (MHP) keçib.
Qeyd edək ki, mart ayının 30-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: