Türkiyədə 4 metr hündürlüyündə qar yağıb
10 Mart 2013 Bazar 13:03
Güclü qar Gümüşhane vilayətində həyatı iflic edib.
Yazın gəlməsinə baxmayaraq, Türkiyənin bəzi bölgələri hələ də qar əsarəti altındadır. Gümüşhane vilayətinə yağan güclü qar həyatı iflic edib. Bəzi yerlərdə qarın hündürlüyünün 4 metrə çatdığı bildilir.
Vilayət mərkəzini ətraf kəndlərlə bağlayan 3 kilometrlik yol qar səbəbindən bağlanıb. Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə idarəsi kənd yollarının açılması istiqamətində işlərə başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar