Türkiyədə 30 əsgər ərzaqdan zəhərləndi
07 İyul 2012 Şənbə 04:30
Xəstəxanaya çatdırılan əsgərlərin vəziyyəti qənaətbəxşdir.
Türkiyə Bursa vilayətinin Gemlik rayonundakı hərbi məktəbdə 30 əsgər səhhətlərində yaranan nasazlıq səbəbilə xəstəxanaya çatdırılıb. Hərbçilərin yedikləri yeməkdən zəhərləndikləri güman olunur. Dərhal tibbi müdaxilə göstərilərək həkim nəzarətinə götürülən əsgərlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qeyd edək ki, hərbi hissədə 300 əsgər eyni yeməkdən yesə də onlardan sadəcə 30 nəfərinin səhhətində nasazlıq yaranaraq xəstəxanaya aparılıb.
Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.
DOSTLARINLA PAYLAŞ: