Türkiyədə 196 nəfərə qarşı çevriliş hazırlamaq ittihamı irəli sürülüb
20 İyul 2010 Çərşənbə Axşamı 14:40
Qəsdin AKP hakimiyyətə gəldikdən az sonra hazırlandığı deyilir.
Türkiyədə məhkəmə keçmiş ali zabitlər də daxil olmaqla 196 nəfərə qarşı rəsmi qaydada hökumət əleyhinə qəsd hazırlamaq ittihamını irəli sürüb. İttihamnamədə bu qəsdin İstanbuldakı hərbi bazada 2002-ci ildə Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gəldikdən az sonra hazırlandığı deyilir. Ordu generalı Çətin Doğan isə islamçı köklərə malik olduğu bildirilən hakim partiyaya qarşı hazırlanan qəsdin əsas müəllifi kimi başlıca şübhəli hesab olunur. İttihamnaməyə görə, hərbçilərin başlıca məqsədi ölkənin dünyəvi dayaqlarına təhlükə saydıqları Ədalət və İnkişaf Partiyasını zərərsizləşdirmək olub.

Bu şəxslərə qarşı hökumətin devrilməsinə cəhd və ya hökumətin vəzifələrini yerinə yetirməsinə maneçilik ittihamı irəli sürülüb ki, bu da 15 ildən 20 ilədək həbs cəzasını nəzərdə tutur. İttihama görə qəsdçilərin məqsədi ölkədə xaos və qarışıqlıq yaratmaqla hakimiyyətin ələ keçirilməsi olub. Və planın həyata keçirilməsi üçün İstanbulda məscidlərin partladılması və Yunanıstanla münasibətlərin gərginləşdirilməsi nəzərdə tutulubmuş.

General Çətin Doğan ona qarşı irəli sürülmüş ittihamları rədd edərək bildirib ki, ittiham tərəfi mümkün daxili çaxnaşmalar zamanı hərəkət üçün nəzərdə tutulmuş təlim-məşq planını dövlət çevrilişinə hazırlıq kimi qiymətləndirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar