Türkiyədə 14 yaşlı qıza təcavüz olundu
04 Avqust 2014 Bazar Ertəsi 21:25
Türkiyənin Adana şəhərində 14 yaşlı qız uşağını qaçıran və silah gücü ilə ona təcavüz edən 3 nəfər həbs olunub.
Türkiyənin Adana şəhərində 14 yaşlı qız uşağını qaçıran və silah gücü ilə ona təcavüz edən 3 nəfər həbs olunub.
ANS PRESS-in məlumatına görə, şübhəlilərin təcavüz anını cib telefonuyla çəkdikləri məlum olub.
İddiaya görə, 14 yaşlı A.D. axşam evə gedərkən motosikletlə yanına yaxınlaşan 3 adam tərəfindən silahla təhdid olunaraq qaçırılmaq istənib. Ancaq qız uşağı müqavimət göstərib. Dəbilqə ilə qızın başına vuran Mahmud D. (24 yaşlı) qızı motosikletə atıb. Mahmud D. və yanındakı yoldaşları O.T. (17) və Cəlil K. (22) ilə birlikdə qızı Aralıq dənizi Məhəlləsində boş bir ferma evinə aparıb. Burada özünə gələn qızı Mahmud D. silah və bıçaq gücünə zorlayıb.
Mahmud D. təcavüz edərkən digər yoldaşları da bu anı cib telefonuyla çəkib. Daha sonra digər iki şübhəli qızı zorlayıb. Təcavüz əsnasında bir adam qızın ağzını və əlini tutarkən, bir adam da cib telefonuyla baş verənləri çəkib. Bu an qız çarəsizcəsinə ağlayıb. Daha sonra şübhəlilər "Kimsəyə bir şey desən, sənin bu fotoşəkillərini ailənə göstərərik, internetə yayarıq" deyərək qız uşağını təhdid edib.
Qız uşağı bir müddət kimsəyə bir şey bildirməyib, ancaq şübhəlilər təkrar əlaqəyə girmək üçün qız uşağını təhdid etməyə başlayıb. Şübhəlilər qız uşağının evinə gəlib görünüşləri anası Xədicə D.-yə göstərib. Görüntüləri görüncə şübhəlilərə hücum edən ana, daha sonra polisə şikayət edib. Dərhal hərəkətə keçən polis Mahmud D. və dostlarını tütüb. Onlar məhkəmə tərəfindən həbs olunub.
DOSTLARINLA PAYLAŞ: