Türkiyədə 100 nəfər rusiyalı turist zəhərlənib
27 İyul 2011 Çərşənbə 21:00
Türkiyədə 100 nəfər rusiyalı turist zəhərlənib. Hadisə Alanya istirahət bölgəsində baş verib.
Narkomaniya artıq keçmişdə qalacaq. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir qənaətə Skripps İnstitutunun əməkdaşları gəliblər. Belə ki, onlar heyvanlar üzərində sınaq keçirərək, artıq narkomaniyadan asıllığı götürə biləcək unikal vaksin icad ediblər.

Bu vaksin narkomaniya asıllığını götürmək üçün insan orqanizmindəki heroini emal edir və orqanizmin immun sistemini bu asıllıqdan qurtulmağı “öyrədir”. Araşdırmanın aparıcı mütəxəssisi Kim Yand deyir ki, narkotiklər əleyhinə vaksinin işlənib hazırlandığı müddət ərzində, o, hələ belə təsirli nəticə görməyib: “Ümid edirəm ki, bu vaksin effektiv terapevtik vasitə olacaq və narkotik asıllıqdan qurtulmaq istəyənlərə kömək edəcək”.

Belə ki, daha əvvəl Yand və onun həmkarları kokain, metamfetamin və nikotinin əleyhinə vaksinlər ixtira ediblər. Hazırda bu vaksinlər klinik təcrübədən keçirilir.

O ki qaldı, heroin əleyhinə vaksinə, bunun hazırlamasında alimlər bir sıra çətinliklərdə də üzləşiblər. Birincisi, heroin insan orqanizmində sürətlə bir sıra digər psixoaktiv maddələrə parçalanır. Bu problemi həll etmək üçün alimlər dinamik yanaşmadan istifadə ediblər. Yəni, onlar immun sistemə heroin əvəzinə 6-atsetilmorfin və morfin vurublar ki, bu da birbaşa beynə asanlıqla daxil olur.

Məlumata görə, vaksin uğurla siçovular üzərində aparılıb. Belə ki, narkotik asıllığı olan siçovulara vurulan vaksindən sonra onların narkotiklərə olan asıllığı qismən azalıb. Bəzilərində isə narkotik asıllıq tam aradan qalxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar