Türkiyədə 100 ildir qapalı olan erməni kilsəsi açılır
28 Dekabr 2011 Çərşənbə 11:45
Bu gün Vortvots Vorodman kilsəsinin təntənəli açılış mərasimi keçiriləcək.
Son vaxtlar Türkiyə ilə Fransa arasında qondarma erməni soyqırımına görə baş verən gərginlik bitməmiş, Türkiyədə maraqlı hadisə baş verir. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, bu gün Türkiyədə 100 ildir bağlı qalan erməni kilsəsi xüsusi təmtəraqla açılacaq.

Açılış mərasimində Türkiyənin gömrük və ticarət naziri Hayati Yazıcı da iştorak edəcək. Birinci Dünya müharibəsindən bu vaxta qədər qapalı qalan Vortvots Vorodman kilsəsi tam restavrasiya olunub. "Məryəm ana Kilsəsi” kompleksində yerləşən və yandıqdan sonra Balyan ailəsi memarlarının layihəsi ilə yenidən inşa edilən Vortvots Vorodman (Göy gurultusunun uşaqları) kilsəsi 2010-cu il İstanbul Mədəniyyət Paytaxtı Layihəsi çərçivəsində restavrasiya olunub. Nazir Hayati Yazici bu layihədən məsul şəxs seçilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar