Türkiyə-Yunanıstan arasında simit davası
06 Aprel 2012 Cümə 14:58
Türkiyənin simit üçün beynəlxalq patent almaq cəhdi Afinada reaksiyaya səbəb olub
Türkiyə ilə Yunanıstan arasında yeni qalmaqal yaranıb. Buna səbəb isə simit olub. ANS PRESS-in "CNN Türk"ə istinadla verdiyi məlumata görə, İstanbul Simitçilər Otağı başçısı Zəki Sami Özdəmirin simit üçün beynəlxalq patent almaq cəhdi Afinanın reaksiyasına yol açıb.

"Elefteros Tipos" qəzetində yer alan xəbər “Türk Yunan çəkişməsində yeni raund: Kardak qayalıqları və paxlavadan sonra sıra indidə simitə gəldi" başlığı altında yer alıb. Qəzet simitin Həzrəti İsadan öncə bilinən bir qida məmulatı olduğunu, Bizans imperatorluğu dövründə xüsusilə İstanbulda və Selanikdə sevildiyini yazıb.

Simitçilərin Yunanıstan-Albaniya sərhədindəki Epir bölgəsində də çox yayıldığı qeyd edilən xəbərdə, bildirilir ki, ağır simit sinilərini daşımaq kəllə formasına belə təsir edib. "Elefteros Tipos" ötən əsrlərdə Epirdə analar oğullarına “İnşallah İstanbulda simitçi olarsan” duası verdiklərini də yazıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar