Türkiyə XİN Şarl Aznavura cavab verdi
31 Mart 2013 Bazar 10:40
XİN: "Biz qəti şəkildə bunu təkzib edirik".
Türkiyə Xarici İşlar Nazirliyi Ermənistanın İsveçrədəki səfiri, məşhur şansone Şarl Aznavurun müsahibəsində səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib. ANS PRESS-in Türkiyənin "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Şarl Aznavurun Türkiyə baş naziri çıxışında erməni və yunanlara nifrət edir deməsi iddiasını təkzib edib.

"Bizə məlum deyil Ş. Aznavur bu sözləri harada eşidib. Biz qəti şəkildə bunu təkzib edirik. Türk millət artıq uzun illərdir ki, yunan və ermənilərlə birgə yaşayır. Bunanla yanaşı məşhur incəsənət xadimi Şarl Aznavurun türk-erməni münasibətlərinin normalaşması yolunda təkliflərini müsbət qarşılayırıq", - deyə bəyanatda bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar