Türkiyə XİN-dən Ərdoğanla başlı açıqlama
18 May 2014 Bazar 11:37
Baş nazirin "İsrail dölü" ifadəsi nazirliyi açıqlama verməyə məcbur etdi
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın "İsrail dölü" ifadəsi ölkənin Xarici İşlər Nazirliyini açıqlama verməyə vadar edib.

ANS PRESS-in məlumatına görə, nazirlikdən ölkənin baş nazirinin Somada İsrail əleyhinə işlətdiyi ifadələrlə bağlı açıqlama verilib.

Türkiyə XİN-nin mətbuat katibi bildirib ki, Ərdoğanın Somada İsrail əleyhinə olan ifadələr işlətməsi barəsində yayılan xəbərlər yalandır. Açıqlamada deyilir: “Baş nazirimizə məxsus olduğu iddia edilən ifadələr həqiqəti əks etdirmir. Belə xəbərləri yayanları qınayırıq”.

Qeyd edək ki, bir müddət öncə Ərdoğanın Soma səfəri ilə bağlı yeni videosu yayılıb. Videoda Ərdoğanın yumruqladığı şəxsin ünvanına “niyə qaçırsan, ay İsrail dölü” ifadəsini işlətdiyi və onun qarşısında olan insanlardan birini boğması görünür.



DOSTLARINLA PAYLAŞ:

oyunlar