Türkiyə XİN ABŞ səfirliyinə xəbərdarlıq edib
07 Fevral 2010 Bazar 03:25
ABŞ səfiri Ceyms Ceffrinin verdiyi müsahibə baş diplomat idarəsinin narahatlığına səbəb olub.
Türkiyə Xarici işlər nazirliyi Amerika Birləşmiş ştatlarının ölkəsindəki səfirliyinə qəzetlərdən birinə verdiyi müsahibəyə görə xəbərdarlıq edib. ANS PRESS “Habertürk”ə istinadən xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri Ceyms Ceffrinin verdiyi müsahibə baş diplomat idarəsinin narahatlığına səbəb olub.
XİN-in yazılı açıqlamasında Ceffriyə diplomatik qaydalar və atacağı addımları xatırladılıb: “Diplomatik qaydalara görə səfirlər fəaliyyət göstərdikləri ölkələrin daxili siyasəti barədə bəyanat verməməlidir. Hörmətli Ceyms Ceffri belə mövzulara qarşı daha həssas olmalı, Türkiyənin daxili siyasi havası barədə hər hansı bir bəyanat verməməlidir”.
Qeyd edək ki, amerikalı diplomat mətbu orqanlardan birinə verdiyi müsahibədə hərbi dövlət çevrilişi iddiaları, ordu-siyasət münasibətləri, Erqenekon istintaqı və Türkiyə xarici siyasətinin hədəfini dəyişdirməsi barədə verilən suallara cavab verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: