Türkiyə xaricdəki bütün səfirlərini geri çağırıb
04 Yanvar 2010 Bazar Ertəsi 11:20
Türkiyə xaricdəki bütün səfirlərini geri çağırıb. Bu gün paytaxt Ankaraya 200-ə yaxın səfir toplaşacaq.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu xaricdəki bütün səfirləri Ankaraya çağırıb. Türkiyə mətbuatının məlumatına görə, bu gün paytaxt Ankarada Türkiyəni xaricdə təmsil edən və hələ də fəaliyyətdə olan 200-ə yaxın səfirin iştirakı ilə "İkinci səfirlər konfransı" keçiriləcək. Məqsəd 2010-cu ildə Türkiyənin yürüdəcəyi xarici siyasəti müzakirə etməkdir. Səfirlər 4-8 yanvar tarixlərində 2010-cu ildə Türkiyənin xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirəcəklər.

Əhməd Davudoğlunun sədrlik edəcəyi konfransa Türkiyənin xaricdəki bütün səfirləri qatılacaq. İclasın əsas mövzusu isə "Demokratiya, Təhlükəsizlik və Sabitlik: Dünya və Türkiyə xarici siyasətində 2010-cu ilə baxış"dır.

Konfransda Davudoğlu ilə yanaşı, Türkiyəyə səfər edəcək Yaponiya xarici işlər naziri Katsuya Okada, Almaniya xarici işlər naziri Guido Westerwelle və Braziliya xarici işlər naziri Celso Amorim də çıxış edəcəklər.

Ankarada baş tutacaq toplantılardan sonra həftəsonu Mardin vilayətində səfirlər üçün yığıncaq təşkil ediləcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar