Türkiyə vətəndaşı olan azərbaycanlı Ankaradan Bakıya piyada yürüş edir -
04 Aprel 2012 Çərşənbə 16:18
Azərbaycan əsilli Türkiyə vətəndaşı Qələndar Bayramlı Xocalı qətliamına diqqət çəkmək və erməni işğalına etirazını bildirmək üçün piyada yürüşə çıxıb
. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 58 yaşlı Q. Bayramlının Ankaradan başladığı yürüş Bakıda başa çatacaq. O, 15 gün müddətində 420 kilometr yol qət edərək Sivas şəhərinə çatıb. Q. Bayramlı gündə 35 kilometr yol qət edir.
Özəl şirkətdə çalışan Q. Bayramlı yürüşlə əlaqədar işdən çıxıb.
“1992-ci ildə baş verən Xocalı soyqırımını dünyaya çatdırmaq üçün 2,8 min kilometr yol gedəcəyəm. Yürüş asan deyil. Amma haqlı bir yürüşdür, ona görə də məni yormur. Azərbaycanın şəhidlərini sayğı ilə anıram. Ermənilər bizim torpaqlardan çəkilməlidir” – deyə, Q. Bayramlı yerli mətbuata açıqlamasında bildirib.
Q. Bayramlı yolboyu ona insanların yardım etdiyini də söyləyib.
DOSTLARINLA PAYLAŞ: